“Azərbaycan demokratiya və insan haqları istiqamətində səyləri dəstəkləyir, təəssüf ki, ATƏT-in bəzi institutları tərəfindən ikili standartlarla üzləşirik”.
APA-nın İsveçrəyə ezam olunan müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən iclasındakı çıxışında deyib.
E. Məmmədyarov belə yanaşma sərgiləyənləri öz mandatlarına hörmət etməyə çağırıb.