Mehriban Əliyeva “Afrika üçün qabaqcıl inkişaf Fondu”nun prezidenti ilə görüşüb
14 yanvar 2013 19:38 (UTC +04:00)

Mehriban Əliyeva “Afrika üçün qabaqcıl inkişaf Fondu”nun prezidenti ilə görüşüb

0

 

Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, qonağı ölkəmizdə salamlayan Mehriban xanım Əliyeva bu səfərin uğurlu olacağından əminliyini ifadə edib. Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verən Azərbaycanın birinci xanımı bildirib ki, Fond Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və tibbi dəstək, təhsil və mədəniyyət sahələri üzrə layihələri reallaşdırır.

 

“Bu baxımdan Fondlarımızın fəaliyyəti oxşardır”, - deyən Mehriban xanım Əliyeva gələcəkdə uğurlu əməkdaşlığın qurulmasından məmnunluq duyulacağını diqqətə çatdırmış, Heydər Əliyev Fondunun müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində böyük təcrübəsi olduğunu vurğulayıb. 
 

Xanım Kumba Ture dəvət üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir. Qonaq Fondun fəaliyyətindən xəbərdar olduğunu deyi, həyata keçirilən layihələrin uğurları münasibətilə Azərbaycanın birinci xanımını təbrik edib. Xanım Kumba Ture həm Heydər Əliyev Fondunun, həm də rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərinin üst-üstə düşdüyü üçün məmnunluq ifadə etmiş, birgə əməkdaşlıqdan qürur duyacaqlarını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1277

Oxşar yazılar