Latviya prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi ilə görüşəcək
30 avqust 2016 17:18 (UTC +04:00)

Latviya prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi ilə görüşəcək

 

Sentyabrın 2-də Latviya Prezidenti Raymonds Veyonis Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvlərini qəbul edəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzin işi, gələcək fəaliyyət planları, həyata keçiriləcək yeni layihələr, həmçinin əməkdaşlıq imkanlarının genişləndirilməsi və bu istiqamətdə atılacaq konkret addımlar müzakirə ediləcək. Bundan başqa, 2017-ci ildə keçiriləcək V Qlobal Bakı Forumuna hazırlıq məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

 

Görüşdə Mərkəzin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, Mərkəzin digər həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Təşkilatın İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Mərkəzin üzvü, Latviyanın eks-prezidenti Valdis Zatlers və başqaları iştirak edəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan səfər çərçivəsində nümayəndə heyətinin Latviya parlamentində də digər dövlət qurumlarında görüşlər keçirməsi planlaşdırılıb.

 

Latviya hökuməti ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq artıq bir neçə ildir davam edir. 2015-ci ilin may ayında Riqada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramına həsr olunan Ali səviyyəli toplantısı keçirilmiş və ölkəyə o dövrdə rəhbərlik edən Andris Berzinış və Baş nazir Laymdota Strayuma Mərkəzin üzvlərini qəbul etmişdi.

 

Qeyd edək ki, Raymonds Veyonis 2015-ci ilin iyunundan Latviya Respublikasının dövlət başçısıdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186
avatar

Oxşar yazılar