Komitə sədri: “Azərbaycan dünyanın qlobal problemlərinin həlli mərkəzinə çevrilib”
28 aprel 2014 13:52 (UTC +04:00)

Komitə sədri: “Azərbaycan dünyanın qlobal problemlərinin həlli mərkəzinə çevrilib”

“İkinci Qlobal Açıq Cəmiyyətlər Forumu öz işini müvəffəqiyyətlə başlayıb və bu toplantı bir daha ona göstərir ki, Bakı artıq beynəlxalq mərkəzə çevrilib. İki gün ərzində dünyanı narahat edən bir çox qlobal problemlər müzakirə olunacaq, onların həlli yolları tapılacaq”.


 

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

 

N. İbrahimov bildirib ki, dünyanın 50-dən artıq ölkəsindən gələn yüksək səviyyəli dövlət adamlarının forumda iştirakı bir daha onu deməyə əsas verir ki, Azərbaycanın tanıdılması istiqamətində bu forumun böyük əhəmiyyəti var: “İki gün ərzində bir sıra problemlər, o cümlədən regional münaqişələr müzakirə olunacaq. Dağlıq Qarabağ münaqişəsi, qaçqınların durumu müzakirə ediləcək. Ümumiyyətlə, hesab edirik ki, Azərbaycana qarşı ikili standart məsələsini bir daha dünya ictimaiyyətinə çatdırmağa nail olmaq istiqamətində bu forumun böyük rolu olacaq”.

 

Komitə sədri qeyd edib ki, bu il foruma gələnlərin bəziləri səmimi şəkildə etiraf ediblər ki, ötən il gələn zaman onlarda bir inamsızlıq var idi: “Onlarda suallar yaranmışdı ki, hara gedirlər, niyə gedirlər. Ancaq indi o fikirlər yoxdur, gələn hər bir şəxs əmindir ki, həqiqətən də Bakı beynəlxalq mərkəzdir. Biz bu forumu hər il keçirməyi nəzərdə tuturuq. Növbəti illərdə keçiriləcək forumlar daha geniş olacaq, daha böyük auditoriyanı əhatə edəcək. Azərbaycan daha çox tanıdılacaq. Əsas odur ki, Azərbaycan ətrafımızda bu qədər qlobal problemlərin olduğu bir vaxtda stabil ölkə kimi dünyanın qlobal problemlərinin həlli mərkəzinə çevrilib”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 457
avatar

Oxşar yazılar