<b>Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi</b>
15 aprel 2016 16:15 (UTC +04:00)

Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi

0

 

Prezident İlham Əliyev bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Herbert Salber ötən səfərindən keçən az müddət sonra Avropa İttifaqı rəhbərliyinin tapşırığı ilə ölkəmizə yenidən səfər etməsinin aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrin daha yaxından öyrənilməsi ilə bağlı olduğunu vurğulayıb. Herbert Salber Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Moqerininin Azərbaycana son səfərini xatırlayıb.

 

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliyin narahatlıq doğurduğunu qeyd edən H. Salber Avropa Parlamentinin bu günlərdə keçirilən plenar iclasında təmsil etdiyi qurumun baş vermiş hadisələrə öz münasibətini bildirdiyini, bu istiqamətdə müzakirələrin aparıldığını vurğuladı, məsələnin Avropa İttifaqının gələn həftə Lüksemburqda keçiriləcək Xarici Məsələlər Şurasında da müzakirəyə çıxarılacağını bildirib.

Söhbət zamanı qeyd olunub ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların tarixinə nəzər saldıqda, Ermənistan ordusunun qoşunların təmas xəttində vaxtaşırı silahlı təxribatlar törətməsi müşahidə olunur. Azərbaycanın cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələri mütəmadi surətdə Ermənistan tərəfindən atəşə tutulur, uşaqlar, qadınlar, qocalar da daxil olmaqla, mülki əhali həlak olur. Bildirilib ki, məqsəd münaqişə ilə bağlı mövcud vəziyyəti olduğu kimi saxlamaqdır.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar