<span style="color:red;">Prezident:  "Multikulturalizm siyasətimiz sosial sifarişə əsaslanır" - <span style="color:red;">YENİLƏNİB
28 sentyabr 2016 13:59 (UTC +04:00)

Prezident: "Multikulturalizm siyasətimiz sosial sifarişə əsaslanır" - YENİLƏNİB

0

 

Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper hər dəfə Azərbaycana səfərində dini dözümlülüyün şahidi olduğunu məmnunluqla qeyd edib. O bildirib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti prezident İlham Əliyev uğurla davam etdirir.

 

Azərbaycanın dini tolerantlıq baxımından dünyada nümunəvi ölkə olduğunu vurğulayan ravvin Abraham Kuper Azərbaycanda  V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində UNESCO və Simon Vizental Mərkəzinin birgə sərgisinin təşkilinə verdiyi dəstəyə görə dövlət başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib.

 

Prezident İlham Əliyev isə  öz növbəsində sərginin əhəmiyyətini vurğulayaraq, dünya mediasında əsasən mənfi halların yer aldığı bir zamanda dini tolerantlıq, multikulturalizm kimi müsbət dəyərləri diqqət mərkəzinə gətirməyin vacibliyini qeyd edərək dünyada müharibə və münaqişələrin, etnik və dini gərginliklərin getdikcə artdığı bir dövrdə ölkəmizin əmin-amanlıq şəraitində uğurla inkişaf etdiyini bildirib.

 

 Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu qeyd edərək bunun dövlət siyasəti olmasının əhəmiyyətini vurğulayıb və Azərbaycanda multikulturalizm siyasətinin sosial sifarişə əsaslandığını diqqətə çatdırıb.

 

Azərbaycandamədəniyyətlərarası sülh və dostluğun mövcud olduğunu məmnunluqla qeyd edən dövlət başçısı müxtəlif dinlərin və xalqların nümayəndələrinin əmin-amanlıq şəraitində yaşadığını da dilə gətirib.

 

Görüşdə V Bakı Humanitar Forumunun beynəlxalq əməkdaşlığa verdiyi töhfənin önəmi qeyd olunub.

 

**

11:39

Prezident İlham Əliyev sentyabrın 28-də ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbəri, ravvin Abraham Kuperi qəbul edib.

Lent.az-ın xəbərinə görə, bu barədə president.az məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar