I vitse-prezidentin katibliyində yeni <span style="color:red;">TƏYİNATLAR
12 iyun 2017 09:19 (UTC +04:00)

I vitse-prezidentin katibliyində yeni TƏYİNATLAR

0
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində yeni təyinatlar olub.
 
 
Lent.az-ın Report-a istinadən xəbərinə görə, Mehdi Dadaşov və Fariz Rzayev Katibliyin rəis müavinləri təyin edilib.
 
 
Qeyd edək ki, bir müddət əvvəl Altay Həsənov Birinci vitse-prezidentin Katibliyinin rəisi təyin olunub, həmçinin digər təyinatlar həyata keçirilib.
 
 
Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin strukturu belədir: 
 
 
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov
Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov
Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev
Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov
Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev (Y.Məmmədəliyev həm də Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiridir)
 
 
Xatırladaq ki, bu il fevralın 21-də Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 519

Oxşar yazılar