FHN-nin Muğan Regional Mərkəzində Milli Qurtuluş Günü qeyd edildi
12 iyun 2015 11:06 (UTC +04:00)

FHN-nin Muğan Regional Mərkəzində Milli Qurtuluş Günü qeyd edildi

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzində 15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

 

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, tədbirdə FHN-in Muğan Regional Mərkəzinin rəisi, polkovnik Mehman Axundov Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.

 

Sonra çıxış edən natiqlər ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin layiqli davamçısı prezident İlham Əliyevin ölkəmizin inkişafı, beynəlxalq nüfuzunun artması və xalqın rifahının yaxşılaşdırılması  istiqamətində yorulmaz fəaliyyətindən danışıblar.

 

Daha sonra Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 409

Oxşar yazılar