Ermənistanın keçmiş müdafiə naziri sərsəmlədi: <span style="color:red;">Qarabağı Rusiyaya verin
23 mart 2014 14:18 (UTC +04:00)

Ermənistanın keçmiş müdafiə naziri sərsəmlədi: Qarabağı Rusiyaya verin

0

Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin Dağlıq Qarabağı Rusiyanın tərkibinə birləşdirmək barədə irəli sürdüyü təklif Ermənistanda da tərəfdarlar toplayır. Lent.az-ın virtualaz.org saytına istinadən verdiyi xəbərə görə, Qarabağ müharibəsinin ən şiddətli dövründə - 1992-1995-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş, 1993-cü ildə müdafiə nazirinin səlahiyyətlərini icra etmiş, ermənilər arasında Qarabağ müharibəsinin qəhrəmanı adı alan general-leytenant Norat Ter-Qriqoryants 1in.am saytına müsahibəsində Jirinovskinin ideyasını “möhtəşəm” adlandırıb: “Jirinovski möhtəşəm deyib. Niyə də yox? Ermənistan Dağlıq Qarabağın suverenliyini və müstəqilliyini ümumiyyətlə niyə tanımır? Niyə onlar qorxur ki, danışıqların dayandırılacağı elan ediləcək? Ümumiyyətlə, danışıqlar aparmaq lazım deyil, danışıqları yalnız Rusiya Federasiyası ilə aparmaq lazımdır. Çünki 1813-cü il Gülüstan sülh müqaviləsinə əsasən Qarabağ Rusiya imperiyasına daxil olub, Dağlıq Qarabağ heç vaxt SSRİ-nin tərkibində olmayıb. Deməli, Dağlıq Qarabağ niyə Rusiya Federasiyasının tərkibində olmalı deyil? Çünki Gülüstan sülh müqaviləsinə görə, o, Rusiya ərazisidir. Əgər tərəflər razılaşma əldə edə bilmirsə, niyə də belə olmasın? Ümumiyyətlə, mən hesab edirəm ki, bütün Ermənistan Dağlıq Qarabağla birlikdə referendum keçirməli və Rusiya Federasiyasının tərkibinə daxil olmalıdır. Müstəqilliklə məşğul olmaq lazım deyil”.

 

 

Norat Ter-Qriqoryants deyib ki, Dağlıq Qarabağ Rusiyanın tərkibinə keçməlidir: “Dörd il ərzində Ermənistan silahlı qüvvələrinin formalaşdırılması ilə məşğul olmuşam və Ermənistanı, Qarabağı çox yaxşı tanıyıram. Jirinovski nəyi düzgün hesab edirsə, onu deyir. Mən də hesab edirəm ki, bu, mümkündür. Niyə də yox? Əgər Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımırsa, niyə Dağlıq Qarabağ referendum təşkil edib Gülüstan sülh müqaviləsinə əsasən Rusiyanın tərkibinə qayıtmasın? Bu, olduqca ciddi məsələdir, baxmayaraq ki, etiraf etmək üçün gərək adamda vicdan ola. Jirinovski deyir ki, əgər Ermənistan və Azərbaycan məsələni həll edə bilmirsə, o zaman qoy Dağlıq Qarabağ Rusiyanın tərkibinə daxil olsun. Əgər tərəflər doğrudan da heç cür razılıq əldə edə bilmirsə, o zaman Dağlıq Qarabağın Gülüstan sülh müqaviləsinə əsasən Rusiyanın tərkibinə qayıtmaqdan başqa yolu qalmır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5151

Oxşar yazılar