İsrailin baş naziri Benyamin Netenyahu türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanın son çıxışlarından çox narahatdır. Lent.az-ın məlumatına görə, İsrailin "Haaretz" qəzeti Netenyahunun ABŞ-ın dövlət katibi Con Kerri ilə gecə saatlarında telefonla danışdığını yazıb. Söhbət zamanı Qəzzadakı hərbi əməliyyatlar və Türkiyənin baş nazirinin çıxışları əsas müzakirə mövzusu olub.
İsrailin baş naziri Ərdoğanı antisemitizmdə günahlandırıb və Con Kerriyə şikayətlənib.
Qeyd edək ki, Ərdoğan son çıxışlarından birində "İsrail barbarlıqda Hitleri də keçib" ifadələriniişlətmişdi.