Əli Hüseynli: “Leyla Yunus, Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov, Əli Kərimli, İsa Qəmbər kimilərin...”
01 fevral 2013 14:51 (UTC +04:00)

Əli Hüseynli: “Leyla Yunus, Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov, Əli Kərimli, İsa Qəmbər kimilərin...”

0

“Leyla Yunus, Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov, Əli Kərimli, İsa Qəmbər kimilərin Azərbaycan əleyhinə birgə fəaliyyət göstərdikləri Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) “siyasi məhbuslar” məsələsi müzakirə olunanda da aydın göründü”.

 

Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün AŞ PA-da Azərbaycanın qazandığı uğurdan danışan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli söyləyib. Əli Hüseynli bildirib ki, AŞ PA-da bu qüvvələrin səyləri fiaskoya uğrayıb: “İndi İsmayıllıdakı hadisələrlə bağlı Avropa Parlamentində xüsusi dinləmənin keçirilməsini istəyənlər var. Belə səylər olarsa, biz AŞ PA-nın son qərarına istinad edəcəyik”.

 

 

Spiker Oqtay Əsədov bildirib ki, AŞ PA-da Ştrasserin üzvü olduğu komitənin sədri də onun hazırladığı hesabatın əleyhinə səs verib: “Bu da Azərbaycanın mövqeyinin güclü olduğunu göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2137

Oxşar yazılar