Azərbaycan nümayəndə heyəti Andorra Knyazlığında səfərdə olub.
Lent.az-ın verdiyi məlumata görə, nümayəndə heyəti Andorra parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr və “Azərbaycan Gələcəyə Baxış 2020” konfransında iştirak edib.
Nümayəndə heyətinin üzvü, millət vəkili Ceyhun Osmanlı Andorrada keçirilən görüşlərdən sonra İspaniyanın Barselona şəhərində Uinston Çörçilin nəvəsi Cenni Çerçil və onun həyat yoldaşı Ceyms Repardla görüşüb. Görüşlərdə Azərbaycanla bağlı fikir mübadiləsi, Çörçil Fondu ilə əməkdaşlığa dair müzakirələr aparılıb. Millət vəkili Cenni Çörçil və Ceyms Repardı ölkəmizə dəvət edib.