Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Azərbaycanda təşkil etdiyi Cənubi Qafqaz Forumu çərçivəsində Helsinkidə bir sıra görüşlər keçirilib. Lent.az-ın məlumatına görə, görüşlərdə ən əhəmiyyətli müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olub. Finlandiyanın sabiq prezidenti Tarja Halonen, ATƏT-in Minsk Qrupunun ilk həmsədri Heikki Talvitie dünya ictimaiyyətinin bu münaqişəyə daha çox diqqət ayrılmalı olduğunun əhəmiyyəti vurğulanıb.
Helsinkiyə səfər çərçivəsində Finlandiyanın mədəniyyət məsələləri üzrə Ombudsmanı İmi Villacis ilə görüş keçirilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzin Finlandiya İnstitutu ilə əməkdaşlığı razılaşdırılıb.
Qeyd edək ki, Cənubi Qafqaz Forumu Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Culture of Peace və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 20 gün öncə il Azərbaycanda reallaşdırılıb.