BMT-nin gənclərin işi üzrə elçisinin fəaliyyətinə 1,5 milyon dollar ayrılacaq
28 mart 2014 10:32 (UTC +04:00)

BMT-nin gənclərin işi üzrə elçisinin fəaliyyətinə 1,5 milyon dollar ayrılacaq

0

Azərbaycan hakimiyyəti BMT baş katibinin gənclərin işi üzrə xüsusi elçisinin fəaliyyəti üçün 1,5 milyon dollara yaxın pul ayıracaq.


 

APA-nın xəbərinə görə, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə BMT arasında bu barədə saziş imzalanıb.  

 

Hazırda Azərbaycan nümayəndə heyəti oktyabr ayında gənclər siyasəti üzəri ekspertlərin Bakıda keçiriləcək qlobal simpoziumuna hazırlıq məsələlərini müzakirə etmək üçün Nyu-Yorkda səfərdədir.

 

Xatırladaq ki, ötən ilin oktyabrında BMT baş katibinin gənclərin işi üzrə elçisi Əhməd əl-Hindavi Azərbaycanda səfərdə olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 501

Oxşar yazılar