Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin səfir oğlu geri çağırılıb. Lent.az-ın president.az-a istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama görə, İsfəndiyar Bəxtiyar oğlu Vahabzadə Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.