Prezident İlham Əliyev Əziz İmran oğlu Əzizovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, prezidentin digər sərəncamı ilə Əziz Əzizov Bakının Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.