Bakıda keçiriləcək ADEX-2014 sərgisində 30 ölkədən çoxlu sayda şirkət iştirak edəcək
09 may 2013 19:51 (UTC +04:00)

Bakıda keçiriləcək ADEX-2014 sərgisində 30 ölkədən çoxlu sayda şirkət iştirak edəcək

0

 

İstanbulda keçirilən İDEF-2013 sərgisi çərçivəsində 2014-cü il sentyabrın 17-dən 19-dək Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisi barədə məlumat beynəlxalq hərbi ictimaiyyətə açıqlanıb.

 

APA-nın məlumatına görə, sərgidə ADEX-2013 sərgisi barədə broşürlər iştirakçı firmalara paylanıb.

 

Müdafiə sənayesi naziri Yavər Camalov APA-ya açıqlamasında sərgidə 30 ölkədən çoxlu sayda şirkətin iştirakını gözlədiklərini bildirib. ADEX sərgisinin Azərbaycan Silahlı Qüvvələrinin və müdafiə sənayesinin əlaqələrinin genişlənməsi baxımından mühüm hadisə olacağını deyən Y.Camalov yerli müdafiə sənayesinin də öz imkanlarını dünyaya duyuracağını vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 844

Oxşar yazılar