ATƏT cəbhə xəttinə yüksək səviyyəli heyət göndərir - <span style="color:red;">MONİTORİNQ
03 mart 2015 09:40 (UTC +04:00)

ATƏT cəbhə xəttinə yüksək səviyyəli heyət göndərir - MONİTORİNQ

0
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 4-də təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçisi Xristo Xristov və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Tuncay Sevim (Türkiyə), təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Piter Svedberq və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi, polkovnik Markus Uidmer (İsveçrə) keçirəcəklər.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 299

Oxşar yazılar