Abdullah Güldən VİDA müraciəti
25 avqust 2014 19:30 (UTC +04:00)

Abdullah Güldən VİDA müraciəti

0

Türkiyə Cümhuriyyətinin 11-ci prezidenti Abdullah Gül xalqa vida xarakterli müraciət yayıb.


 

APA-nın Türkiyə prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən seçilən son prezident olduğuna toxunan Abdulla Gül 7 illik hakimiyyəti ərzində diqqətlə bitərəfliyi qorumağa və ədaləti olmağa çalışdığını ifadə edib.

 

O, dövlət qurumları arasındakı əlaqəni möhkəmləndirmək üçün müxtəlif tədbirlər gördüyünü, onlarla vaxtaşırı görüşdüyünü qeyd edib.

 

Abdullah Gül prezident olduğu müddətdə dini ibadət, hicab məsələsi və vicdan azadlığı ilə bağlı ciddi addımlar atıldığını, milli və dini azlıqlarla dövlət arasında münasibətlərin yaxşılaşması üçün çalışdığını bildirib.

 

11-ci prezident öz vida müraciətində Türkiyənin demokratiya yolunda uğurla irəliləməsindən məmnunluğunu dilə gətirərək, dövlətin rifahı üçün xalqla hakimiyyət arasında dialoqun vacibliyini əlavə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1925

Oxşar yazılar