"Reuters"ə atəşkəslə bağlı təkzib açıqlaması verməmişəm" - Hikmət Hacıyev
05 aprel 2016 17:42 (UTC +04:00)

"Reuters"ə atəşkəslə bağlı təkzib açıqlaması verməmişəm" - Hikmət Hacıyev

0

 

 

Azərbaycan Xarici İşlər Nazirliyi “Reuters” xəbər agentliyinin atəşkəs barədə Azərbaycan XİN-ə istinadən verdiyi məlumatı təkzib edib.

 

XİN-in mətbuat katibi Hikmət Hacıyev APA-ya bildirib ki, XİN-in sözçüsü kimi o, “Reuters”ə heç bir açıqlama verməyib: “”Reuters” kimi ciddi təşkilat tərəfindən belə bir məsuliyyətsiz xəbərin yayılması düzgün deyil”.

 

Qeyd edək ki, “Reuters” Dağlıq Qarabağda atəşkəs elan olunmasına rəy öyrənmək üçün Azərbaycan XİN-in mətbuat xidmətinə müraciət etdiyini və nazirlikdən xəbərin təkzib olunduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 466

Oxşar yazılar