"Qərb və Avropada heç bir dəyər qalmayıb" - Novruz Məmmədov
15 sentyabr 2015 13:21 (UTC +04:00)

"Qərb və Avropada heç bir dəyər qalmayıb" - Novruz Məmmədov

0
“Avropanın bir sıra dövlətləri belə hesab edirlər ki, bütün ölkələrin onların qarşısında öhdəlikləri var, amma özlərinin heç bir öhdəliyi yoxdur”.

 

APA-nın xəbərinə görə, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

 

“Beynəlxalq aləmə çıxış resursları güclü olan dövlətlər prosesləri monopoliyaya alıblar. Onlar bu prosesləri maraqları çərçivəsində istədikləri formada, məzmunda və istiqamətdə yaymaqla, mövqe formalaşdırmaqla məşğuldurlar. Universal dəyərlərdən danışmaqdan yorulmayan Qərb və Avropada deyəsən, heç bir dəyər qalmayıb”, - deyə o, qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar