"Lavrov ikitərəfli münasibətləri müzakirə edəcək" - Zaxarova
16 noyabr 2017 11:58 (UTC +04:00)

"Lavrov ikitərəfli münasibətləri müzakirə edəcək" - Zaxarova

0

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Azərbaycana rəsmi səfər edəcək.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, səfər çərçivəsində S. Lavrov azərbaycanlı həmkarı ilə görüşəcək: "Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq gündəmdə olan məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq".


M. Zaxarova Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu vurğulayıb: "Bu il biz diplomatik münasibətlərimizin qurulmasının 25 illiyini qeyd etdik. İki ölkə arasında ən yüksək səviyyədə siyasi dialoq mövcuddur".

 

XİN sözçüsü nazir S. Lavrovun noyabrın 20-21-də Ermənistana səfər edəcəyini də söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 387

Oxşar yazılar