Prezident: "Müsəlman ölkələrinin dəstəyini hiss edirik"
20 iyul 2013 21:19 (UTC +04:00)

Prezident: "Müsəlman ölkələrinin dəstəyini hiss edirik"

0
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində daim müsəlman ölkələrinin dəstəyini hiss edir”.

 

APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə deyib.


Prezident bildirib ki, Xocalı soyqırımını soyqırımı kimi tanıyan ölkələrin sayı artmaqdadır və bu soyqırımı ilk tanıyan məhz müsəlman ölkəsi Pakistan olub: “Uzun illərdir ki, Azərbaycan erməni işğalından əziyyət çəkir. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Dağlıq Qarabağda və ətraf rayonlarda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın, köçkün vəziyyətinə düşüb. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb”.

Dövlət başçısı ATƏT-in faktaraşdırıcı missiyasının işğal edilmiş ərazilərə iki dəfə baş çəkdiyini, ərazidəki bütün infrastrukturun dağıdıldığını qeyd etdiyini də xatırladıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1372

Oxşar yazılar