<span style="color:red;">Əli Həsənov:  “Dövlət başçısı və komandası nikbin əhval-ruhiyyədədir” - <span style="color:red;">YENİLƏNİB
25 dekabr 2015 16:44 (UTC +04:00)

Əli Həsənov: “Dövlət başçısı və komandası nikbin əhval-ruhiyyədədir” - YENİLƏNİB

0

 

"Azərbaycan hökumətinin müvafiq konsepsiyası var”

 

 

“Dünya neft bazarındakı vəziyyət Azərbaycana da təsir edir.Ancaq bu təsiri minimallaşdırmaq üçün Azərbaycan hölkumətinin müvafiq konsepsiyası var”.

 

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov deyib.

 

 

Ə. Həsənov bildirib ki, dövlət başçısı və komandası nikbin əhval-ruhiyyədədir.

 

 

 

Prezidentin köməkçisinin sözlərinə görə, süni qiymət artımının qarşısının alınması üçün müvafiq dövlət qurumları, Nazirlər Kabineti, İqtisadiyyat və Sənaye Nazirliyi və digər qurumlar zəruri tədbirlər həyata keçirirlər: "Hazırda Azərbaycan hökuməti devalvasiyanın mənfi nəticələrini aradan qaldırmağa çalışır. Xüsusən bazar iqtisadiyyatına çətin uyğunlaşan sosial təbəqələrin- təqaüdçülərin, əlillərin, dövlət yardımı ilə həyatını quran insanların devalvasiyanın mənfi nəticələrindən qorunması istiqamətində tədbirlər aparılır ”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 492

Oxşar yazılar