Türkiyənin baş naziri: “Canımız Azərbaycana qurban olsun”
18 mart 2015 14:37 (UTC +04:00)

Türkiyənin baş naziri: “Canımız Azərbaycana qurban olsun”

0

 

 

“Azərbaycan bizim canımızdır, canımız Azərbaycana qurban olsun”.

 

Bu sözləri Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunmuş rəsmi mərasimdə APA-nın  Türkiyə müxbirinin “Azərbaycana hansı mesajı vermək istərdiniz?” sualına cavabında baş nazir Əhməd Davudoğlu deyib.

 

Ə. Davudoğlu əlavə edib ki, belə tədbirlərdə hər iki ölkə hər zaman bir yerdə olmalıdır: “İnşallah, Qarabağı azad etdikdən sonra da bu cür təntənəli mərasim keçirəcəyik”.

 

Xatırladaq ki, Türkiyədə I Dünya müharibəsi zamanı baş vermiş Çanaqqala savaşında qələbənin 100-cü ildönümü qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 315

Oxşar yazılar