Qüdrət Həsənquliyev: "Qonşu ölkələrlə viza rejimi aradan qaldırılmalıdır"
19 yanvar 2016 14:00 (UTC +04:00)

Qüdrət Həsənquliyev: "Qonşu ölkələrlə viza rejimi aradan qaldırılmalıdır"

0

 

 

"Sahibkar bu gün qulluq mənafelərini aşmağa görə cinayətə məsuliyyətinə cəlb edilir. Halbuki biz bazar iqtisadiyyatında yaşayırıq. İndiyə qədər niyə sahibkarlar mallara qoyduğu qiymətə görə məsuliyyətə cəlb olumurdu?"

 

APA-nın məlumatına görə, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

 

Deputat bildirib ki, sahibkar vergidən yayınacaqsa, onsuz da məsuliyyətə cəlb edilə bilər: "Amma sahibkara inzibati qaydada deyiləcəksə ki, get məhsulunu bu qiymətə sat, o yeni istehsal prosesində maraqlı olmayacaq”.

 

Q. Həsənquliyev eyni zamanda iqtisadiyyatın inkişafı üçün qonşu ölkələrlə viza rejiminin aradan qaldırılmasını da təklif edib: “İran, Türkiyə, Avropa İttifaqı ilə viza rejimi aradan qaldırılmalıdır. Qoyun, o ölkələrin vətəndaşları rahat şəkildə gəlib burda pullarını xərcləsinlər, turizm inkişaf etsin. Eyni zamanda bir sıra dövlət qurumlarının özəlləşdirilməsinin vaxtı çatıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar