PYD lideri Salih Müslüm Türkiyənin paytaxtı Ankarada baş vermiş terror hadisəsi ilə bağlı açıqlama verib.
Lent.az “Sky News” istinadən xəbərinə görə, Salih Müslüm deyib ki, “Ankaradakı terrorla uzaqdan-yaxından heç bir əlaqələri yoxdur”.
PYD lideri deyib ki, Türkiyəyə qarşı heç bir hücum gerçəkləşdirməyiblər. Onun sözlərinə görə, Türkiyənin ötən günkü terrora görə PYD-ni təqsirləndirməsinin səbəbi Türkiyə Silahlı Qüvvələrinin kürd bölgələrinə hücumuna bəhanət göstərməkdir.