Məmmədyarov[b]: "Ermənilərin Ağdamda təlim keçirməsi təxribatdır" [/b]
29 sentyabr 2016 14:02 (UTC +04:00)

Məmmədyarov[b]: "Ermənilərin Ağdamda təlim keçirməsi təxribatdır" [/b]

0

"Təmas xəttində Ermənistan tərəfindən hərbi təlimlərin keçirilməsi məsələsi barədə Nyu-Yorkdakı çıxışımda da qeyd etmişəm. Orada bildirdim ki, bu, böyük təxribatdır".

 

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarovdeyib.

 

"Əgər biz sülhdən danışırıqsa, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini deyiriksə, o zaman onların Ağdamda təlim keçirməsi təxribat, sülh prosesinə böyük zərbədir.

 

Bu baxımdan həmsədrlərə də bu barədə ətraflı məlumat vermişəm ki, onlar da Ermənistan tərəfinə çatdırsınlar ki, belə təxribatlardan çəkinsinlər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar