"Dünyanın müxtəlif yerlərində anti-semitizm var, Azərbaycanda isə vəziyyət tam başqadır"
"Azərbaycanda Yəhudi icmasının liderləri ilə görüşdük. Onlar Azərbaycanda kiçik azlıq olmaqlarına baxmayaraq çox yaxşı vəziyyətdə yaşayırlar".
APA-nın məlumatına görə, bu sözləri İsrail Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin direktor müavini Zvi Ravner Bakıda keçirdiyi brifinqdə deyib
Azərbaycanın müsəlman çoxluğu olan ölkə olduğunu qeyd edən Z. Ravner bununla belə, yəhudi icmasının burada heç bir ayrı-seçkilik hiss etmədiyini vurğulayıb.
"İstədikləri kimi mədəniyyətlərini, dini ayinlərini icra edirlər. Azad və sərbəstdirlər. Dünyanın müxtəlif yerlərində anti-semitizm mövcuddur, yəhudilərə hücumlar olur. Azərbaycanda isə vəziyyət tam başqadır. Yəhudilər Azərbaycanda heç bir maneə olmadan yaşayırlar", - deyə o bildirib.