Əli Əhmədov[b]: "Müxalifətin antireferendum taktikası tam iflasa uğradı"[/b]
28 sentyabr 2016 11:31 (UTC +04:00)

Əli Əhmədov[b]: "Müxalifətin antireferendum taktikası tam iflasa uğradı"[/b]

0

 

"Müxalifətin referendumla əlaqədar reaksiyası proqnozlaşdırılan idi. Azərbaycan müxalifətinin iqtidarın istənilən təşəbbüsünə etiraz şəklində münasibət bildirməsi adətə çevrilib. Amma müxalifətin referenduma etirazını onların özlərindən savayı duyan olmadı. Ən azından onların etirazları, keçirdiyi mitinqlər əhali tərəfindən soyuq etinasızlığa tuş gəldi". 

 

Lent.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov "Azərbaycan" qəzetinə müsahibəsində bildirib.

 

YAP rəsmisi qeyd edib ki, müxalifət indiki tərkibdə cəmiyyəti maraqlandıran, onun diqqətini az da olsa cəlb edən qrup şansını çoxdan və yəqin ki, birdəfəlik itirib: "Referendum aktına və ümumiyyətlə, bu ideyaya etiraz edən müxalifət müzakirəyə çıxarılan məsələləri bir kənara qoyub tamam başqa problemlər barədə bəyanatlar səsləndirirdi. Sanki onlar referendumu bəhanə edərək cəmiyyətə özlərini xatırlatmağa çalışırdılar. Əlbəttə, belə bir taktika hər hansı uğur gətirmək imkanından məhrumdur. Beləliklə, müxalifətin antireferendum taktikası və cəhdləri tam iflasa uğradı. Deyə bilərəm ki, onların referendumun keçirilməsinə mane olmaq üçün təşkil etdikləri uğursuz aksiyalar onsuz da zəif olan mövqelərini daha da aşağı saldı".

 

Ə. Əhmədov bildirib ki, Azərbaycan demokratiya yolu ilə irəliləyən, demokratik təsisatlarını təkmilləşdirən ölkə kimi, əlbəttə ki, sağlam və mütərəqqi müxalifətə ehtiyac duyur: "Təəssüf hissi ilə qeyd etməliyəm ki, cəmiyyətimizdə bu mənada boşluq var. Hazırkı müxalifət sağlam, səmərəli, fərqli düşünən sistemli qrup funksiyasını yerinə yetirə bilmir. Son illərdə Azərbaycanın sürətli inkişafı və müasirləşməsi prosesindən müxalifət azacıq da olsa faydalana bilməyib. Bu müddət ərzində ölkəmizdə çox şey dəyişib, yeniləşib, müasir görkəm alıb. Müxalifət isə bu dəyişikliklərdən tam kənarda qalıb. Nəticədə, sürətlə dəyişən, müasir dünyanın bir parçasına çevrilən Azərbaycanda dəyişikliklərdən və yeniləşməkdən kənarda qalan müxalifətin mövcudluğundan irəli gələn qəribə bir mənzərə yaranıb. Geridə qalmış, unudulmuş və öz vəziyyəti ilə artıq barışmış müxalifətin daim inkişaf edən, problemləri həll edə bilmək qabiliyyətini hər bir situasiyada təsdiq etməyi bacaran iqtidarla rəqabət mübarizəsinin uğurlu olacağı inandırıcı deyil". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 285

Oxşar yazılar