<span style="color:red;">Əli Əhmədov:  “YAP-ın parlament seçkilərində uğur qazanması... ”
18 avqust 2015 16:44 (UTC +04:00)

Əli Əhmədov: “YAP-ın parlament seçkilərində uğur qazanması... ”

0
“Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işləri yekunlaşmaq üzrədir”.

 

Yeni Azərbaycan Partiyasından (YAP) APA-ya verilən məlumata görə, bunu partiyanın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov Qəbələdə Şəki-Zaqatala bölgəsi üzrə Mərkəzi Seçki Qərargahının müşavirəsində deyib.

 

Ə. Əhmədov bildirib ki, YAP-ın bütün yerli strukturları və fəalları hazırlıq prosesinə fəal cəlb olunub: “Artıq bütün rayon və şəhər təşkilatlarında  YAP-ın Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. Burada partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər. YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatların, nəhəng quruculuq işlərinin uğurlu nəticələri, yekunda isə Azərbaycan vətəndaşının günü-gündən yüksələn sosial durumu, əhalinin rifahının yüksəlməsi, iqtisadiyyatın dinamik inkişafı,  bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması və s. partiyamızın qələbəsini şərtləndirən əsas amillərdəndir”. 

 

Müşavirədə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov da çıxış edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 734

Oxşar yazılar