Davudoğlu: [b]"Beynəlxalq ictimaiyyət Ermənistana xəbərdarlıq etməlidir" [/b]
19 aprel 2016 15:20 (UTC +04:00)

Davudoğlu: [b]"Beynəlxalq ictimaiyyət Ermənistana xəbərdarlıq etməlidir" [/b]

0

 

Baş nazir AŞPA-dakı çıxışında beynəlxalq ictimaiyyəti Ermənistana xəbərdarlıq etməyə çağırıb

 

“Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən son gərginlikdə çoxlu sayda itkinin olması artıq status-kvonun davam edə bilməyəcəyini göstərir”.

 

APA-nın məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu AŞPA-nın plenar sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, Ermənistanın atəşkəsi pozmasının təsirlərinin Naxçıvan Muxtar Respublikasına da yayılması narahatlıq üçün səbəbdir: “Beynəlxalq ictimaiyyət və xüsusilə Minsk Qrupunun həmsədrləri silahlı təxribatları və atəşkəs pozuntularını dayandırması üçün Ermənistana xəbərdarlıq etməlidir. ATƏT-in Minsk Qrupunun üzvü olaraq Türkiyə münaqişənin sülh yolu ilə həlli səylərinə dəstək verir. Azərbaycanın işğal altındakı ərazilərinin tez bir zamanda azad olunması ilə bağlı Azərbaycana dəstəyimiz də davam edəcək".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar