<b>Ermənilər kəndlərimizi yenə atəşə tutur - <span style="color:red;">3 evə ziyan dəyib </b>
07 iyul 2017 15:34 (UTC +04:00)

Ermənilər kəndlərimizi yenə atəşə tutur - 3 evə ziyan dəyib

0
Erməni hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
 
APA-nın Qarabağ müxbiri xəbər verir ki, Goranboy rayonunun təmas xəttində yerləşən yaşayış məntəqələri iyulun 6-sı saat 23:00-dan 23:15-dək və iyulun 7-si saat 00:15-dən 00:30-dək iriçaplı silahlardan atəşə tutulub.
 
Nəticədə düşmənlə təmas xəttində yerləşən Tap Qaraqoyunlu kəndində 3 fərdi yaşayış evinin dam örtüyünə yüngül ziyan dəyib.
 
İtki və tələfat yoxdur.
 
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
 
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar