[b]"Son nəticələri 1-2 aydan sonra təqdim edəcəyik" - AŞPA missiyasının rəhbəri[/b]
26 sentyabr 2016 13:04 (UTC +04:00)

[b]"Son nəticələri 1-2 aydan sonra təqdim edəcəyik" - AŞPA missiyasının rəhbəri[/b]

0

 

 

AŞPA-nın Azərbaycanda keçirilən referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski Bakıda səsverməni müşahidə edir.

 

APA-nın məlumatına görə, bir neçə məntəqəyə baş çəkdikdən sonra jurnalistlərə açıqlamasında o bildirib ki, AŞPA missiyası Azərbaycan hökumətinin dəvəti ilə seçkiləri müşahidə etmək üçün gəlib: "Missiya 7 nəfərdən ibarətdir. Biz mümkün qədər çox məntəqədə səsverməni müşahidə etməyə çalışırıq. Sabah ilkin müşahidələrimizlə bağlı mətbuat konfransı keçirəcəyik. 1-2 aydan sonra son nəticələri təqdim edəcəyik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 407

Oxşar yazılar