[b]"Azərbaycan İranın yaxşı qonşusudur" [/b]- Zərif
01 dekabr 2017 12:02 (UTC +04:00)

[b]"Azərbaycan İranın yaxşı qonşusudur" [/b]- Zərif

0

"İranın Azərbaycanla çox gözəl əlaqələri mövcuddur. Bugünkü iclasdan əlavə, prezident İlham Əliyevlə faydalı müzakirələr apardıq".

 

APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

 

Onun sözlərinə görə, prezidentlə görüşdə enerji sahəsində və Xəzər dənizi ilə bağlı, habelə Rusiya-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-İran arasında tranzit sahəsində əməkdaşlıq müzakirə olunub.

 

"Azərbaycan İranın yaxşı qonşusudur. Biz bu əlaqələri ciddi şəkildə davam etdirəcəyik", - deyə nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar