[b]"Azərbaycan aparılan müzakirələrdən razıdır" -[/b] XİN
16 noyabr 2017 15:00 (UTC +04:00)

[b]"Azərbaycan aparılan müzakirələrdən razıdır" -[/b] XİN

0
XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:
 
Xarici İşlər Nazirliyi nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş barədə məlumat yayıb.
 
 
 
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Lent.az-a verdiyi məlumata görə, görüş başa çatıb: "Görüş konstruktiv və substantiv xarakter daşıyıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb. Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır.
 
 
Görüş əsnasında təklif olundu ki, 7-8 dekabr tarixlərində Vyanada keçiriləcək ATƏT-in xarici işlər nazirlərinin toplantısı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Azərbaycan tərəfi bu təklifə öz razılığını bildirib. 
 
 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir".  
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 401

Oxşar yazılar