[b]“Referendum yalnız bütün Azərbaycan xalqının iştirakı ilə keçirilə bilər” - Araz Əzimov[/b]
06 may 2017 12:07 (UTC +04:00)

[b]“Referendum yalnız bütün Azərbaycan xalqının iştirakı ilə keçirilə bilər” - Araz Əzimov[/b]

0
“Azərbaycan ərazisində yalnız Azərbaycan Konstitusiyasının tələlərinə uyğun şəkildə ümumxalq səsverməsi keçirilə bilər. Bu baxımdan, nə zamansa münaqişənin həlli prosesi referendum tələb edən səviyyəyə çıxarsa, o zaman bütün Azərbaycan xalqı öz fikrini bildirmək üçün referendumda iştirak edə bilər. Qarabağ məsələsi ilə bağlı digər referendum planını qəbul etmirəm. Bunun üçün əsas yoxdur”.
 
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, statusun müəyyənləşdirməsi ilə bağlı proses yalnız legitim çərçivədə həyata keçirilə bilər: “Bu da yalnız Qarabağ regionundan qovulmuş və oraya qayıtmalı olan Azərbaycan əhalisinin iştirakı ilə baş verə bilər. Bu məsələnin müzakirəyə çıxarılması üçün razılığın müəyyənləşdirilməsi başqa məsələdir. Bu barədə biz hələ danışmırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar