"ATƏT-in Azərbaycana müşahidəçi göndərməməsi siyasi qərardır" - Rusiya XİN
30 oktyabr 2015 18:13 (UTC +04:00)

"ATƏT-in Azərbaycana müşahidəçi göndərməməsi siyasi qərardır" - Rusiya XİN

 

 

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməməsi siyasi qərardır”.

 

APA-nın RIA "Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin insan haqları, demokratiya və qanunun aliliyi məsələləri üzrə səlahiyyətli nümayəndəsi Konstantin Dolqov deyib.

 

“Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycan rəhbərliyinin xarici müşahidəçilərin sayının azaltmaq tələbinə cavab olaraq tamamilə siyasiləşdirilmiş, müşahidəçi göndərməmək barədə qərar verib”, - deyə o qeyd edib.

 

K. Dolqov müşahidəçilərin sayı ilə bağlı ATƏT-in təklif etdiyi rəqəmin doğrudan da çox olduğunu bildirib.

 

Qeyd edək ki, ATƏT DTİHB Azərbaycana 400 müşahidəçi göndərmək istəyib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 295
avatar

Oxşar yazılar