“Təəssüflər olsun ki, Olland mövqeyində dəyişikliklər etdi” - AÇIQALAMA
16 may 2014 13:46 (UTC +04:00)

“Təəssüflər olsun ki, Olland mövqeyində dəyişikliklər etdi” - AÇIQALAMA

0

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistana səfərlərinə, səfər zamanı verdiyi bəyanatlara münasibət bildirib.


 

APA-nın verdiyi məlumata görə, Ə.Həsənov Fransa prezidentinin Azərbaycana və bölgəyə səfərinin müsbət hal olduğunu bildirib.

 

O deyib ki, Fransa prezidentinin Azərbaycana səfər zamanı çıxışları, bəyanatları, Azərbaycan və Fransa arasında imzalanan sazişlər müsbət haldır: “Fransua Olland Azərbaycanda səfərdə olarkən mən televiziyada onun çıxışlarına, bəyanatlarına da diqqətlə qulaq asdım və məndə müsbət təəssürat yarandı. Amma çox təəssüflər olsun ki, Fransa prezidenti Ermənistana gedəndə orada mövqeyində bəzi dəyişikliklər etdi”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1061

Oxşar yazılar