“Hakimiyyətlə razılaşıb bizim uşaqlarımızı bada verdi, öz oğlunu isə qorudu”-<span style="color:red;">İTTİHAM
01 may 2014 18:31 (UTC +04:00)

“Hakimiyyətlə razılaşıb bizim uşaqlarımızı bada verdi, öz oğlunu isə qorudu”-İTTİHAM

0

“Olaylar” agentliyi Müsavat Partiyasının başqanı İsa Qəmbərin aclıq aksiyasının dayandırılması ilə bağlı NİDA-çı gənclərə çağırışının onların valideynləri tərəfindən etirazla qarşılanması barədə xəbər yayıb.

 

Agentliyin yazdığına görə, redaksiya ilə əlaqə saxlayan NİDA-çı gənclərdən birinin anası bu barədə danışıb. O, özünün və oğlunun adının açıqlanmamasını xahiş edib. Lakin bildirib ki, övladlarının hüquqlarının müdafiəsi məsələsində Müsavat başqanından daha fəal mövqe gözləyiblər: “Bizim nə siyasi təşkilatımız, nə xariclə əlaqəmiz, nə də hakimiyyətlə mübarizə apara biləcək halımız var. Uzaqbaşı övladlarımızın yanında olub, onlara dəstək verə bilərik ki, bunu da edirik. Uşaqlarımıza qoşulub aclıq aksiyası da keçirdik. Amma nə faydası? İsa Qəmbər isə yalnız quru bəyanat verməklə kifayətləndi. Müsavat, İsa Qəmbər bu gəncləri qorumaq üçün bacardığının heç üçdə birini etmədi. Niyə? Axı bizim balalarımızın belə hala düşməsində onların da günahı az deyil. Nəyə görə İsa bəyin oğlu Turqut azadlıqda qaldı? Axı o, NİDA-nın rəhbərlərindən biridir. Yəqin ki, hakimiyyətlə razılaşıb bizim uşaqlarımızı bada verdi, öz oğlunu isə qorudu. Bu haqsızlığı nə bu iqtidara, nə də Müsavata bağışlayacağam”.

 

 

Qeyd edək ki, bu gün Müsavat başqanı İsa Qəmbər həbsdə olan “NİDAçı” gənclərə aclıq aksiyasını dayandırmaları ilə bağlı çağırış edib.

 

Xatırladaq ki, “NİDA” Vətəndaş Hərəkatının həbsdə olan üzvləri məhkəmə prosesinə və dövlət ittihamçısının onlarla bağlı istədiyi cəzaya etiraz olaraq aclıq aksiyası keçirirlər.      

 

olaylar.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1912

Oxşar yazılar