“Ermənistan NATO PA-dan çıxarılsın” – <span style="color:red;">TƏLƏB  - YENİLƏNİB
17 iyun 2014 12:44 (UTC +04:00)

“Ermənistan NATO PA-dan çıxarılsın” – TƏLƏB - YENİLƏNİB

0

Azərbaycan Ermənistan nümayəndə heyətinin NATO Parlament Assambleyasından çıxarılması məsələsini qaldırıb.


 

APA-nın məlumatına görə, bununla bağlı rəsmi təklifi qurumun bu gün Bakıda keçirilən “Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı “Rose-Roth” seminarında Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov təqdim edib.

 

Z. Əsgərov tələbi onunla əsaslandırıb ki, Ermənistanın Azərbaycanda törətdiyi terror hadisələri sübut olunub və belə bir terrorçu dövlətin NATO ilə əməkdaşlığı qəbuledilməzdir: “Siz NATO olaraq Rusiya ilə əlaqələri kəsdiniz, NATO PA-da iki il müddətinə səsvermədən məhrum etdiniz. Bəs bu qədər işğalın və terrorun qarşılığında niyə Ermənistan qurumdan uzaqlaşdırılmır? Ona görə bu məsələyə birdəfəlik aydınlıq gətirilməsini NATO PA-dan tələb edirik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1288

Oxşar yazılar