“Ayaz Mütəllibov Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bilirdi” - <span style="color:red;">Xanlar Vəliyev
19 fevral 2016 12:12 (UTC +04:00)

“Ayaz Mütəllibov Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bilirdi” - Xanlar Vəliyev

0

“Ayaz Mütəllibov Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bilirdi”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatında deyib.

 

Onun sözlərinə görə, hadisədən sonra Daxili İşlər Nazirliyi faciədə iki adamın öldüyü haqqında məlumat yayıb: “Sonradan Azərbaycan dövləti faciədə 613 nəfərin qətlə yetirildiyini sübut etmək üçün xeyli əziyyət çəkdi”. 

 
X. Vəliyev əlavə edib ki, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasının böyük rolu olub: “Məhz bu kampaniyadan sonra bir sıra ölkələr bunu soyqırımı kimi qəbul edib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 727

Oxşar yazılar