Vasif Talıbovun oğlunun ölkədən çıxışına "stop" qoyuldu - Saxlanılıb
28 dekabr 2022 09:38 (UTC +04:00)

Vasif Talıbovun oğlunun ölkədən çıxışına "stop" qoyuldu - Saxlanılıb

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun ölkədən çıxışına "stop" qoyulub.

Naxçıvan Hava Limanından müalicə adı ilə ölkəni tərk etmək istəyən Seymur Talıbov saxlanılıb və ona ölkədən çıxışının məhdudlaşdırıldığı bildirilib.

Hazırda Seymur Talıbova məxus biznes obyektləri və digər məsələlərlə bağlı istintaq aparılır. Onun milyonlarla manat vəsaiti ölkə hüdudlarından kənar çıxararaq, biznes qurduğu məlum olub.

Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Dövlət Universitetin prorektoru idi. O, həmçinin Ali Məclisin deputatdır.

/Qaynarinfo

# 5652
avatar

Oxşar yazılar