Səhhətində  PROBLEM yarandı:   YAP-dakı vəzifəsindən getdi
08 iyul 2022 10:35 (UTC +04:00)

Səhhətində PROBLEM yarandı: YAP-dakı vəzifəsindən getdi

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev vəzifəsindən ayrılıb.

Lent.az-ın xəbərinə görə, Elməddin Quliyev bu barədə “Facebook”dakı profilində paylaşım edib.

Elməddin Quliyev bildirib ki, bu gündən səhhətində yaranan müvəqqəti narahatlıqlarla əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatındakı işindən ayrılıb: “Hazırda lazımi prosedurlar qəbul edirəm. Ötən müddət ərzində səlahiyyətim daxilində KİV və İctimaiyyət nümayəndələri ilə səmərəli və işgüzar fəaliyyət göstərməyə çalışdım. Mənə göstərilən yüksək dəstəyə görə Partiyamızın Mərkəzi Aparatının rəhbərliyinə, fədakar kollektivinə, İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin, şəhər (rayon) təşkilatlarının və YAP Parlament fraksiyasının dəyərli nümayəndələrinə sonsuz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Regionun ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi daim Partiyamızın Sədri, Prezidentimiz cənab İlham Əliyevin və Partiyamızın sədrinin birinci müavini, Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın rəhbərliyi ilə vətənimizin tərəqqisi və ölkəmizin daha da inkişafı naminə var gücümlə çalışacam. Hər birinizi qaşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, Sizlərə möhkəm can sağlığı xoş günlər arzulayıram. Dərin hörmət və sayğılarla!”.

Telejurnalist Elməddin Quliyev 2021-ci ilin mayından Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2022-ci il yanvarından İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı.

# 3756
avatar

Oxşar yazılar