Rusiyanın 33 vilayətində ikinci səfərbərlik  başladı
16 mart 2023 16:17 (UTC +04:00)

Rusiyanın 33 vilayətində ikinci səfərbərlik başladı

Rusiyanın 33 regionun sakinləri hərbi komissarlıqlarda çağırış vərəqləri almağa başlayıblar. 

Lent.az-ın Rusiya mediasına istinadən məlumatına görə, ölkədə ikinci dəfə səfərbərlik elan olunmasa da, 55 yaşına qədər vətəndaşları hərbi komissarlığa çağırıb onları yenidən qeydə alırlar. 

Rusiya ekspertlərin fikrincə, dövlət başçısı hərbi toplanışla bağlı heç bir sərəncam imzalamayıb. Hərbi komissarlıqların bu cür addımları isə qeyri-qanunidir. 
 

# 2610
avatar

Sevinc Fərid

Oxşar yazılar