Rusiya heç vaxt Ukraynada  qalib olmayacaq   - Bayden
24 fevral 2023 19:28 (UTC +04:00)

Rusiya heç vaxt Ukraynada qalib olmayacaq - Bayden

Qəddarlıq heç vaxt xalqın azadlıq iradəsini qıra bilməyəcək və Rusiya Ukraynada heç vaxt qələbə qazana bilməyəcək. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bunu fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ildönümündə ABŞ prezidenti Cozef Bayden deyib.

"Bu gün mən bir il əvvəl Rusiya Ukraynanı işğal edəndə dediyimi təkrarlayacağam. İmperatorluğu bərpa etmək istəyən diktator xalqın azadlıq eşqini heç vaxt silə bilməz. Qəddarlıq heç vaxt azadların iradəsini qıra bilməz. Ukraynada isə heç vaxt Rusiyanın qələbəsi olmayacaq. Heç vaxt”, - Bayden “Twitter”də yazıb.

Öz növbəsində ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken bildirib ki, Ukraynanı işğal etmək qərarına gələn Rusiya prezidenti Vladimir Putin hələ də müharibəni dayandıra bilər.

"Prezident Putin bu qeyri-qanuni müharibəni başlatdı və onun onu bitirmək imkanı var. Birləşmiş Ştatlar Ukrayna özünü müdafiə edəndə onu güclü şəkildə dəstəkləyir və biz bunu Ukraynanın suverenliyinə hörmət edilənə qədər davam etdirəcəyik”, - bəyanatda deyilir.

Blinkenin sözlərinə görə, Ukraynadakı müharibə Rusiyanın beynəlxalq nüfuzunu məhv edib, onu zəiflədib və təcrid edib, eyni zamanda iqtisadiyyatını məhv edib. Bu, həmçinin qlobal ərzaq böhranını daha da gücləndirib, enerji bazarlarını qeyri-sabitləşdirib və beynəlxalq sülh və təhlükəsizliyə xələl gətirib.
 

# 2007
avatar

Oxşar yazılar