Qarabağla bağlı  sənəd imzalamağa   hazırıq: Paşinyan
10 yanvar 2023 14:36 (UTC +04:00)

Qarabağla bağlı sənəd imzalamağa hazırıq: Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Rusiyanın təklifləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənəd imzalamağa hazırdır. 

Lent.az Ermənistan mediasına istinadla bildirir ki, o, bu barədə mətbuat konfransında danışıb.

Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin rəhbərləri 2022-ci il dekabrın 23-də Moskvada görüşməli idilər, lakin Ermənistan tərəfi danışıqlarda iştirakdan imtina edib. İrəvan azərbaycanlı ekoloji fəallar tərəfindən bloklanan Laçın dəhlizindəki vəziyyət, eləcə də Dağlıq Qarabağda yaranmış humanitar böhran səbəbindən görüşün təxirə salınmasını xahiş edib.

# 2400
avatar

Oxşar yazılar