"Putini  Ukraynadan qovmaq   mümkün olmayacaq": Consondan YENİ TƏKLİF
22 fevral 2023 18:24 (UTC +04:00)

"Putini Ukraynadan qovmaq mümkün olmayacaq": Consondan YENİ TƏKLİF

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Qərb ölkələrini Ukraynanı daha çox silahla təmin etməyə çağırıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o bildirib ki, hərbi yardım ukraynalılara müharibədə qalib gəlməyə kömək edəcək və bu, "Qərbin təhlükəsizliyi üçün həlledici olacaq".

“Əgər biz Putini Ukraynadan çıxara bilməsək, ukraynalılar uduzsa, o zaman bütün Avro-Atlantik təhlükəsizlik zonası, ABŞ üçün təhlükə daha ciddi olacaq”, - siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna daha çox tank və uzaq mənzilli artilleriya ilə təmin etməlidir. Eyni zamanda o bildirib ki, ABŞ və Böyük Britaniya F-16 təyyarələrini Ukrayna Silahlı Qüvvələrinə təhvil verməlidir, çünki bu təyyarə bir il əvvəl göndərilsəydi, o zaman Ukrayna hərbi əməliyyatların sonuna daha çox yaxın olardı. 

"Əgər bu gec və ya tez baş verərsə - seçimdirsə - o zaman gəlin onlara lazım olanı daha tez verək, çünki bu, humanist və mərhəmətlidir", - Conson deyib.

# 2784
avatar

Oxşar yazılar