Pilotlarımız səmada nələr etdilər? - VİDEO
23 fevral 2023 10:15 (UTC +04:00)

Pilotlarımız səmada nələr etdilər? - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, plana uyğun olaraq helikopterlər bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edib.

Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

# 2505
avatar

Oxşar yazılar