Naxçıvanın daxili işlər naziri işdən çıxarıldı YENİ TƏYİNAT
28 dekabr 2022 21:07 (UTC +04:00)

Naxçıvanın daxili işlər naziri işdən çıxarıldı YENİ TƏYİNAT

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də Süleyman Neymətovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Lent.az-ın məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Süleyman Əsgər oğlu Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilsin".

Qeyd edək ki, polis polkovniki Süleyman Neymətov bundan əvvəl Bakının Suraxanı rayon Polis İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalovun digər Sərəncamı ilə Rəşad İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Rafiq oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilsin",- deyə Sərəncamda bildirilib.

# 7026
avatar

Oxşar yazılar